Çin 2020-ci ildən Yaponiyanın hərbi şəbəkələrini ələ keçirib...

Çinli hakerlər 2020-ci ildən Yaponiyanın müdafiə şəbəkə sistemlərinə daxil olaraq bu şəbəkələrinəzarətdə saxlayıblar...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, çinli hərbi hakerlər hələ 2020-ci ildə Yaponiyadakı gizli müdafiə şəbəkələrinə daxil ola biliblər. Bu üzdən də Çin hakimiyyətinin ABŞ-ın müttəfiqi olan Tokionun hərbi imkanları və planlarından xəbərdar olduğu güman edilir.

WSJ yazır ki, kaker hücumu 2020-ci ilin payızında aşkar edilib. Boşluğu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşları aşkar ediblər. Bundan dərhal sonra NSA rəhbərləri Yaponiya müdafiə nazirinə məlumat vermək üçün Tokioya gediblər. Məlumatlar bu ölkənin Baş nazirinə də ötürülüb.

WSJ qeyd edir ki, bununla belə sızıntı dayandırılmayıb və 2021-ci ildə NSA Yaponiyanın müdafiə sistemlərinə sistematik müdaxiləni göstərən yeni məlumatlar aşkar edib. Nəhayət, Vaşinqton və Tokio Yaponiya kommersiya qurumuna ölkənin müdafiə şəbəkələrinin zəifliklərini qiymətləndirməyə icazə verməyə razılaşıblar.

WSJ şərh üçün Yaponiya Müdafiə Nazirliyinə müraciət edib. Buradan nəşrə bildirilib ki, növbəti beş ildə dövlətin hərbi kibertəhlükəsizlik qüvvələri gücləndiriləcək. Eyni müddət ərzində bu məqsədlər üçün 7 milyard dollar xərclənməsi planlaşdırılır.Bundan başqa, Tokio artıq kritik şəbəkə infrastrukturunun gecə-gündüz monitorinqinə başlayıb.

Poliqon.info