Azərbaycan XİN səfir Yanos Hovarinin vəfatı ilə bağlı başsağlığ verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanos Hovarinin vəfatı ilə əlaqədar başsağlığı verib...

Poliqon xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında qeyd edilib.

"Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanos Hovarinin vəfatı ilə əlaqədar dərin kədər hissi keçiririk.

Ömrünü türk dünyasının möhkəmlənməsinə həsr etmiş bir insanın ailəsinə və yaxınlarına başsağlığı veririk", - məlumatda vurğulanıb.

Poliqon.info