Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Çerkassi küçəsində qeydə alınıb.

“Nissan” və VAZ 21015 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində VAZ-ın sürücüsü Gülmirzə Mikayılov və həyat yoldaşı Təranə Mikayılova xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.  

Poliqon.info