Elcan Rəsulov səhhəti ilə bağlı yeni paylaşım etdi - Foto

Bir neçə gün əvvəl səhhəti qəfil pisləşdiyi üçün özəl klinikaların birinə yerləşdirilən aparıcı və aktyor Elcan Rəsulov ödündən əməliyyat olunub...

Aktyor səhhəti ilə bağlı öz “Instagram” profilində paylaşım edib.

Klinikanın yeməkxanasında çəkdiyi “selfi”sini izləyiciləri ilə bölüşən Elcan “Bütün “necəsən?” suallarına bu şəkillə cavab vermək istəyirəm” şərhini yazıb.

E.Rəsulovun ötən günlərdən fərqli olaraq özünü daha yaxşı hiss etməsi diqqətli izləyicilərinin gözündən yayınmayıb.

Poliqon.info