Arutyunyan Ermənistan hakimiyyətini günahlandırıb...

Ermənistan hakimiyyəti ilə “Dağlıq Qarabağ” arasında əsas fikir ayrılığı problemin mahiyyəti ilə bağlıdır...

Poliqon xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına Qarabağdakı separatçıların “rəhbəri” Arayik Arutyunyan bildirib.

O, Ermənistan hakimiyyətini “Dağlıq Qarabağ”ın öz “müqəddəratını təyin etməsinə” şübhə yarada biləcək addımlardan və bəyanatlardan çəkinməyə çağırıb. Arutyunyan xatırladıb ki, “Qarabağ hərəkatına” erməni xalqı başlayıb, sonra “referendum” olub və bu məsələnin həlli bir nəfərin monopoliyasında deyil.

“Mən Ermənistan hakimiyyətini “Dağlıq Qarabağ”la bağlı nəyə görə son dərəcə diqqətli olmağa çağırmaq istəyirəm: heç kimin bizim öz müqəddəratını təyinetmə hüququmuzu şübhə altına almaq hüququ yoxdur. Bu, beynəlxalq səviyyədə tanınan müstəsna hüquqdur", deyə separatçıların başçısı əlavə edib.

Poliqon.info