Mark Zukerberq bir daha İlon Maskla döyüşməyə hazır olduğunu bildirib...

“Meta” Korporasiyasının baş direktoru Mark Zukerberq növbəti dəfə X şirkətinin (keçmiş Twitter) sahibi İlon Maskla duelə hazır olduğunu bildirib...

Poliqon NBC News telekanalına istinadən xəbər verir ki, Zukerberq bu barədə Threads sosial şəbəkəsində yazıb.

Zukerberq əlavə edib ki, o, Maskaa avqustun 26-da döyüşməyi təklif edib, lakin təklifə cavab almayıb. Öz növbəsində Mask Zukerberqlə döyüşün X-də canlı yayımlanacağını və bundan əldə edilən bütün gəlirin veteranlara köçürüləcəyini bildirib.

Bundan əvvəl Mask və Zukerberq sosial şəbəkələrdə mübahisələri üzərindən döyüş rinqində üz-üzə gəlməyə hazır olduqlarını bildiriblər. Zukerberqin Threads platformasının istifadəyə verilməsindən sonra Mask “təmiz olmayan oyun”un qəbuledilməz olduğuna diqqət çəkib. Onun fikrincə, “Meta” “bilərəkdən, sistemli şəkildə və qanunsuz olaraq” X-in kommersiya sirrini təşkil edən məlumatlardan istifadə edir.

Poliqon.info