Çin Rusiyanı taxıl müqaviləsini bərpa etməyə məcbur etməyəcək...

ABŞ Çinin Rusiyanın taxıl sazişindən çıxmasını dəstəklədiyini açıqlayıb...

Çin Rusiyanı taxıl müqaviləsindən çıxmasından iqtisadi zərər görməsinə baxmayaraq, taxıl dəhlizinin yenidən açılmasına təkan verməyəcək,

Poliqon xəbər verir ki, bu barədə Nikkei Asia nəşri məlumat yayıb.

ABŞ-dakı Jamestown Fondunun analitik mərkəzinin baş əməkdaşı Villi Vo-Lap Lam, Qara dəniz taxıl təşəbbüsünün pozulacağı təqdirdə Çinin zərər görəcəyini bildirib. Lakin Çin lideri Si Tinpin Vaşinqton və onun müttəfiqləri ilə rəqabəti nəzərə alaraq bu məsələdə Rusiya prezidenti Vladimir Putini dəstəkləməkdə qərarlıdır.

“Çin Ukraynadan taxıl idxalından çox asılı olmasına baxmayaraq, geosiyasi və milli təhlükəsizlik mülahizələrinə daha çox əhəmiyyət verir. Çin lideri son 5-6 il ərzində bu mülahizələri iqtisadi mülahizələrdən üstün tutub”, deyə ekspert bildirib.

Bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan bildirib ki, taxıl sazişinin bərpası üçün pəncərə hələ də açıqdır. Çin diplomatının sözlərinə görə, Qara dəniz taxıl təşəbbüsü və Rusiya məhsullarının və gübrələrinin ixracına dair anlaşma memorandumu dünya ərzaq qiymətlərinin sabitləşməsi üçün vacibdir.

Poliqon.info