Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki mümkün rəqibi bilinir

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq.

Bu raundda 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək. Pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.

Avropa LiqasıPley-off mərhələsi

1-ci qrup

“Ayaks” (Niderland)LASK (Avstriya)“Aberdin” (Şotlandiya)“Çukariçki” (Serbiya)“Zorya” (Luqansk, Ukrayna)“Union” (Belçika)

2-ci qrup

 “Rakuv” (Polşa) / “Aris” (Limasol, Kipr) cütünün məğlubu“Slovan” (Slovakiya) / “Makkabi” (Hayfa, İsrail) cütünün məğlubuAEK (Yunanıstan) / “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün məğlubu“Olimpiya” (Sloveniya) / “Qalatasaray” (Türkiyə) cütünün məğlubu“Kopenhagen” (Danimarka) / “Sparta” (Praqa, Çexiya) cütünün məğlubu“Klaksvik” (Farer adaları) / “Molde” (Norveç) cütünün məğlubu

3-cü qrup

“Jalgiris” (Litva) / “Haken” (İsveç) cütünün qalibi“Qarabağ” (Azərbaycan) / HİK (Finlandiya) cütünün qalibi“Jrinski” (Bosniya və Herseqovina) / “Breydablik” (İslandiya) cütünün qalibi“Şerif” (Moldova) / BATE (Belarus) cütünün qalibi“Astana” (Qazaxıstan) / “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi

4-cü qrup

“Luqano” (İsveçrə)

“Olimpiakos” (Yunanıstan) / “Genk” (Belçika) cütünün qalibi

“Slaviya” (Praqa, Çexiya) / “Dnepr-1” (Ukrayna) cütünün qalibi

Poliqon.info