Naxçıvanda avtomobil bordürə dəyərək aşdı - Foto
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 75-BH-802 qeydiyyat nişanlı avtomobilin sürücüsü Rafiq Cəlilov idarəetməni itirib, avtomobil yol kənarındakı bordürə dəyərək aşıb.
Hadisə nəticəsində yaralanan sürücü Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
##galery##
Poliqon.info