Baba yaşyarımlıq nəvəsini öldürdü

Rusiyada baba qəflətən maşınla yaş yarımlıq nəvəsini əzərək öldürüb
Moskva polisi yaşyarımlıq oğlan uşağının öz babasının maşının təkərlərinin altında qalaraq ölməsinin istintaqını aparır. ANS PRESS-in məlumatına görə, insident 19 sentyabrda Moskva bölgəsinin Mixnyovo Stupinski rayonunun qəsəbəsində baş verib. 60 yaşlı yerli sakin “Honda-CRVO” markalı maşını bilmədən nəvəsinin üstünə sürüb. Uşaq baba maşını qaraja salmaq istəyərkən təkər altında qalıb. Alınan zədələrdən uşaq yerindəcə həyatını itirib.Faktla bağlı araşdırmalar davam edir.