Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq...

Oxu.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Gəncədə olacaq. "Kəpəz" tarixi derbidə "Neftçi"ni sınağa çəkəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüşü Tural Qurbanov idarə edəcək.

Tur Bakıda "Sabah" və "Qəbələ" komandaları arasında keçiriləcək oyunla tamamlanacaq. Matçın baş hakimi Tural Cəlilov olacaq.

Azərbaycan Premyer LiqasıI tur6 avqust (bazar)

17:00. "Kəpəz" - "Neftçi"Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllıVAR: Kamal UmudluAVAR: Rəhman İmamiHakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Emin CəfərovGəncə şəhər stadionu.

20:00. "Sabah" - "Qəbələ"Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf AllahverdiyevVAR: Rəşad ƏhmədovAVAR: Cavanşir YusifovHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Seymur Səlimli"Bank Respublika Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Poliqon.info