Kürdəmirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var...

Kürdəmirdə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlar "VAZ-2106"nın sürücüsü, Ucar rayon sakini 70 yaşlı Abdurrahmanov Gülağa Əhməd oğlu və Bakı sakinləri, 72 yaşlı Şamilov Yadigar Müzəffər oğlu və 4 yaşlı Şamilov Həsən Əlabbas oğludur.

***

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax mağistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" markalı maşınla "Renault" markalı maşın toqquşub.

Nəticədə 3 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Poliqon.info