İranda həbsxanada partlayış baş verib

Tehrandakı Evin həbsxanasında partlayış baş verib...

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Qeyd edilib ki, havanın kəskin isti olması səbəbindən Tehranda yerləşən Evin cəzaçəkmə müəssisəsinin ərazisində partlayışla müşahidə olunan güclü yanğın baş verib.

Nəticədə həbsxananın ətrafındakı çoxlu sayda mina partlayıb.

Əraziyə yanğınsöndürmə qüvvələri cəb edilib.

Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Poliqon.info