Mərkəzi Afrika Respublikasında referendum baş tutub?..

Mərkəzi Afrika Respublikasında prezident Faustin Touaderənin üçüncü müddətə namizəd olmasına imkan verən referendumda iştirak 10-13% təşkil edib...

Poliqon Frans Press Agentliyinə (AFP) istinadənxəbər verir ki, bu barədə MAR müxalifətinin bəyanatında bildirilir.

Müxalifət baş tutan referendumu “məzhəkə” və “iyrənc uğursuzluq” adlandırıb. Respublikaçılar blokunun koordinatoru Krepin Mboli-Qumba bildirib ki, səsverməyə məhəl qoymadığı üçün xalq müxalifətin yanındadır.

Eyni zamanda, Milli Assambleyanın sədri və parlamentdə prezident çoxluğunun nümayəndəsi Evariste Nqamana seçicilərin 70%-nin seçki məntəqələrinə gəldiyini açıqlayıb.Parlament sədri qeyd edib ki, iştirakçıların 90%-i yeni konstitusiyaya səs verib.

MAR-da olan AFP jurnalistləri referendum zamanı səhər seçici fəallığının aşağı olduğunu qeyd ediblər.

Qeyd edilir ki, səlahiyyətlilərin nəticələri dərc etmək üçün səkkiz gün vaxtı var.

Poliqon.info