Litva Belarusla bir sıra sərhəd məntəqələrini bağlayır...

Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kasçyunas bildirib ki, onun ölkəsi Belarus sərhədində bəzi keçid məntəqələrini bağlamağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Litva Milli Radio və Televiziyasının məlumatında bildirilib. Kasçyunas iddia edir ki, bəzi nəzarət-buraxılış məntəqələrinin bağlanması an məsələsidir və mütləq həyata keçiriləcək.

Komitə rəhbəri hansı məntəqələrin bağlanacağı ilə bağlı ətraflı məlumat verməyib. O, qeyd edib ki, əgər Litva hakimiyyəti vəziyyətin pisləşdiyini görsə, o zaman sərhədin tamamilə bağlanması barədə qərar veriləcək.

Poliqon.info