BMT-nin ərzaq proqramı tələb olunan məbləğin 20%-dən azını toplayıb...

İlin əvvəlindən BMT-nin Ümumdünya Ərzaq Proqramına 4,5 milyard dollar ayrılıb.Bu, tələb olunan məbləğin cəmi 18%-ni təşkil edir...

Poliqon xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Entoni Blinken bildirib. O, bu mövzunu BMT Təhlükəsizlik Şurasının iclasında qaldırıb.

Blinkenin fikrincə, maliyyə çatışmazlığı “itirilmiş insanların” sayı ilə ölçüləcək.

“Ümumdünya Ərzaq Proqramı hesab edir ki, bu il 171 milyon insana kömək etmək üçün 25 milyard dollar lazımdır”, deyə Entoni Blinken vurğulayıb.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli isə iclasda deyib ki, “aclıqdan əziyyət çəkən ölkələrdə milyonlarla insan” Rusiya və Ukrayna arasında saziş çərçivəsində ixrac edilən taxıldan asılıdır.

Poliqon.info