Şahzadə Harri II Yelizavetanın ilinə dəvət olunmayıb...

Şahzadə Harri və ailəsi Bukingem Sarayı tərəfindən mərhum kraliçanın ölümünün ildönümünə dəvət edilməyib...

Şahzadə Harri və həyat yoldaşı Meqan Böyük Britaniya Kraliçası II Elizabetin ölümünün ildönümü ilə bağlı tədbirlər üçün Bukingem Sarayına dəvət almayıblar.

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən The Sun qəzeti yazıb. Qəzet qeyd edir ki, Harry və Meqan Kraliçanın ölümünün ildönümünə dəvət edilməməsi onları kral ailəsi tərəfindən rədd edilməsi anlamına gəlir.

Nəşrin bildirdiyinə görə, Amerika Birləşmiş Ştatlarında daimi yaşayan Sasseks hersoqu və hersoginyası yenilməz oyunlarda iştirak etmək üçün sentyabrın əvvəlində Almaniyada olmağı planlaşdırsalar da, cütlük butədbirə də dəvət edilməyib. Qeyd edilir ki, bu idman tədbiri əlil olmuş keçmiş və indiki hərbi qulluqçuların iştirakı ilə keçiriləcək.

Nəşrdə vurğulandığı kimi, mərhum monarxın yasını tutan kral ailəsinin nümayəndələri arasında York hersoqu Kral III Çarlzın qardaşı, 63 yaşlı şahzadə Endryu və onun keçmiş həyat yoldaşı Sara Ferqyuson da olacaq. Əvvəllər o da kral ailıəsi tərəfində kənarda tutulurdu.

Qeyd edək ki, kral III Çarlz həyat yoldaşı Kamilla ilə birlikdə sentyabrın 8-də kraliçanın 2022-ci ildə vəfat etdiyi Şotlandiyanın Balmoral qəsrində ailəsinin əhatəsində II Yelizavetanın ölümünün ildönümünü qeyd edəcək.

Poliqon.info