Boltonun narahatlığı - ABŞ-ın NATO-dan çıxması mümkündür...

Con Bolton hesab edir ki, Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ-ı NATO-dan çıxaracaq...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton 2024-cü ildə keçiriləcək seçkilərdə Trampın qalib gələcəyi təqdirdə ölkənin NATO-dan çıxacağına inandığını bildirib...

“O, NATO-nun mövcudluğunu təhdid edir. Düşünürəm ki, Trampın ikinci müddətində biz şübhəsiz ki, NATO-dan çıxacağıq”, deyə Bolton NewsNation telekanalının efirində deyib.

Boltonun qeyd etdiyi kimi, Tramp “siyasi mənada fəlsəfəyə sadiq qalmır” və “xüsusilə də milli təhlükəsizlik sahəsində” qərarlar qəbul edərkən siyasətin istiqamətini rəhbər tutmur. Onun sözlərinə görə, eks-prezidentin qərarları, bir qayda olaraq, nəyinsə Trampa hansı fayda verə biləcəyi ilə bağlıdır.

Bolton onu da vurğulayıb ki, Trampın verdiyi və amerikalılar tərəfindən bəyənilən bir çox qərarlar əvvəlcə rədd edilə bilər.

“Trampın ilk prezidentlik müddətində etdiklərinə işarə edənlər, həqiqətən də, harada olduğumuzu başa düşmürlər. Bir çox hallarda, indi Trampa həmin qərarlara görə alqışlayanlar bilmirlət ki, əslində prezident əks istiqamətdə hərəkət etmək istəyirdi”, deyə deyə Bolton qeyd edib.

Poliqon.info