Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə start veriləcək.

Oxu.Az xəbər verir ki, açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı “Araz-Naxçıvan” Mərdəkandakı “Dalğa Arena”da “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmayıb.

Azərbaycan Premyer Liqası

I tur

4 avqust

20:00. “Araz-Naxçıvan” - “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev

 VAR: Rəvan Həmzəzadə

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Dalğa Arena”.

Qeyd edək ki, turun “Səbail” - “Sumqayıt” və “Qarabağ” - “Zirə” matçları avqustun 5-də, “Kəpəz” - “Neftçi” və “Sabah” - “Qəbələ” görüşləri isə 6-da keçiriləcək.

Poliqon.info