Zelenski Rusiyanın indiyədək Ukraynaya buraxdığı “Şahid” dronlarının sayını açıqlayıb

Rusiya müharibənin başlanğıcından indiyədək Ukraynaya ərazisinə 1 961 ədəd İran istehsalı olan “Şahid” dronları buraxıb...

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, dronların əhəmiyyətli hissəsi HHM tərəfindən məhv edilir:

“Təəssüf ki, hamısını yox. Biz daha çox vurmaq işləyirik: maksimum vurmaq üçün. Daha çox HHM sistemi olması üçün işləyirik”.

Prezident Ukrayna səfirlərinə ölkədə HHM sistemlərinin artırılması üçün səy göstərməyə tapşırıb.

“Hər kəs qələbə üçün, həyatı və insanları qorumaq, gözəl Ukraynamızı qorumaq üçün çalışmalıdır! Biz mütləq qalib gələcəyik”, - o vurğulayıb.

Poliqon.info