Şəhriyar Məmmədyarov Dünya Kuboku ilə erkən vidalaşdı

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda sensasiyalı nəticə qeydə alınıb

Poliqon.info xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirlə erkən vidalaşıb.

Qrossmeysterimiz mübarizəyə başladığı 1/64 final mərhələsini adlaya bilməyib. O, iki görüşün cəmində sinqapurlu Tin Jinqyaoya 1,5:0,5 hesabı ilə məğlub olub. Dünən baş tutan ilk qarşılaşmada heç-heçə edən Məmmədyarov bu gün rəqibinə uduzaraq, Dünya Kubokunda mübarizəni erkən dayandırıb.

Poliqon.info