Stokholmda “Quran” yandırıldı - Video

İsveçin paytaxtı Stokholm ətrafındakı çimərlikdə keçirilən aksiyada növbəti dəfə müsəlmanların dini inanclarına hücum edilib, yenidən “Quran” yandırılıb

Aksiyanın təşkilatçısı İrandan olan mühacirdir. O, “Quran”ı yandıraraq bildirib ki, “din də siyasətdir”.

Qeyd edək ki, yağış səbəbindən boş çimərlikdəki nümayişi izləməyə əksəriyyəti jurnalistlər olmaqla 15-20 nəfər gəlib.

Xatırladaq ki, bir neçə gün əvvəl Stokholmda iraqlı mühacirlər “Quran”ı yandırıblar.

Poliqon.info