Teleaparıcı: Trampa qarşı yeni ittihamlar Baydenin əhvalından asılıdır

Demokratlar Partiyası amerikalıların diqqətini prezident Co Baydendən yayındırmaq üçün əlindən gələni edir...

Poliqon xəbər verir ki, bunu "Fox News"un aparıcısı Sean Hanniti deyib.

O, 2021-ci ilin yanvarında tərəfdarlarının Kapitoliyə hücumu ilə bağlı Ağ Evin keçmiş rəhbəri Donald Trampa qarşı yeni ittihamlara reaksiya verib:

“Onlar diqqətinizi yalnız Trampın ittihamlarına, məhkəmələrə, 6 yanvara (Kapitoliyə hücum edildiyi gün), sənədlərə, Co Baydendən başqa hər şeyə yönəltməyinizi istəyirlər. Co Bayden hansısa pis xəbər alsa, ertəsi gün Trampa qarşı başqa ittiham ortaya çıxacaq".

O əlavə edib ki, Trampa qarşı ittihamlar uydurma və siyasi xarakter daşıyır. Aparıcı həmçinin Baydenin oğlu Hunterin Ukrayna və Çindəki fəaliyyətinə görə korrupsiya iddiaları ilə üzləşdiyini vurğulayıb:

“Media bunu istədikləri kimi görməməzliyə vura bilər, lakin bu, realdır. Hamımız bilirik ki, Bayden oğlunun şübhəli beynəlxalq biznes sövdələşmələrində iştirakı barədə yalan danışıb".

Poliqon.info