Estoniya prezidenti Avstraliyaya səfər etmək üçün pul tapmadı, təxirə saldı

Estoniya prezidenti Alar Karis Avstraliyaya bu yaya planlaşdırılan rəsmi səfərini təxirə salmaq qərarına gəlib...

Poliqon ERR-ə istinadən xəbər verir ki, buna səbəbə dövlət başçısının ofisində səfərin maliyyələşməsinə lazım olan miqdarda vəsaitin olmamasıdır.

Prezident ofisinin sözçüsü Epp-Mare Kukemelk bildirib ki, real imkanları qiymətləndirərək, səfərin hələlik təxirə salınması qərara alınıb.

ERR-in məlumatına görə, Estoniyanın maliyyə naziri Mart Virklaev bununla bağlı hökumətə sorğu göndərildiyini təsdiqləyib. Onun sözlərinə görə, prezidentin aparatı Estoniya Nazirlər Kabinetinin ehtiyatından səfər üçün pul ayrılmasını istəyib, lakin onlar bu vəsaiti ala bilməyiblər, çünki bu pul “gözlənilməz xərclər” üçün ödənilməlidir.

ERR vurğulayır ki, Nazirlər Kabinetindən imtina fonunda prezident aparatı mövcud sistemi dövlət başçısının xərclərinin parlament vasitəsilə təsdiqlənməsi lehinə dəyişməyə ümid edir. Bu, Nazirlər Kabinetin iştirakı olmadan vəsaitlərin ayrılmasını əlaqələndirməyə imkan verəcək.

Poliqon.info