Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alan var - Foto

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun birinci kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını ilə VAZ-2106 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən VAZ-2106 yolun hərəkət hissəsinə aşıb.

Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

##galery##

Poliqon.info