Çin səfiri: NATO-nun genişlənməsi yeni soyuq müharibəyə səbəb olacaq...

Çinin Rusiyadakı səfiri Çjan Hanhuey NATO-nun genişlənməsinin gərginliyi artıracağını və yeni soyuq müharibəyə səbəb olacağını bildirib...

Polqion xəbər verir ki. bu barədə TASS Agentliyi məlumat yayıb.

“NATO-nun Asiya-Sakit Okean regionunda şərqə doğru irəliləməsi yalnız regional gərginliyi artıracaq, etimad fərqini genişləndirəcək, silahlanma yarışını gücləndirəcək, regional əməkdaşlıq atmosferini zəhərləyəcək, düşərgələr arasında qarşıdurmaya və hətta yeni soyuq müharibəyə səbəb olacaq”, deyə səfir bildirib.

Çin səfiri qeyd edib ki, bugünkü dünya, ölkələrin bir-birindən asılı olması və birlikdə “ortaq tale icması” təşkil etməsi ilə xarakterizə olunur. O, əmin olduğunu bildirib ki, bu gün yeganə düzgün seçim açıqlıq, inklüzivlik və qarşılıqlı faydalı əməkdaşlıqdır.

Poliqon.info