Almatı-Tbilisi reysi üzrə hərəkət edən təyyarə Bakı hava limanına eniş edib

Almatı-Tbilisi reysini həyata keçirən təyyarə tufan səbəbindən Bakı hava limanına eniş edib...

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.

Poliqon.info