Rusiya XİN Paşinyana cavab verib: “Tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”

“Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb: “İndi Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir”.

Rusiya XİN-in sözçüsü həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı iddialarına da cavab verib: “Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”.

M. Zaxarova vurğulayıb ki, N.Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır.

Poliqon.info