İran uzaqmənzilli raketlərlə təchiz olunmuş yeni gəmilərini təqdim edib...

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələrini 600 kilometrə qədər məsafə qət edə bilən raketlərlə təchiz edilmiş yeni gəmiləri sınaq atışları həyata keçiriblər...

Poliqon xəbər verir ki, bu barədə avqustun 2-də Tasnim Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə bu gəmilər ilk dəfə İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki Əbu Musa adası yaxınlığında avqustun 2-də başlayan təlimləri zamanı sınaqdan keçirilib.

Qeyd edək ki, bir sıra ərəb ölkələri bu adanın İranla ərazi mənsubiyyəti ilə bağlı mübahisə edir.

Tasnim yazır ki, Fars körfəzindəki “İran adalarının ərazi bütövlüyünü qorumaq üçün” nəzərdə tutulan bu gəmilər “Şəhid Hacı” xüsusi təyinatlı dəstənin tərkibinə daxildir.

Xatırladaq ki, Fars körfəzindəki adaların və neytral dəniz məkanlarında dövlətlərin sərhədlərinin ərazi mənsubiyyəti məsələsi İran və ərəb ölkələri bir neçə onilliklərdir ki, öz həllini tapmır.

Poliqon.info