Nigerdə üsyançılar ölkənin quru və hava sərhədlərini açdılar 

Nigerdə dövlət çevrilişindən sonra bu ölkənin beş dövlətlə hava və quru sərhədləri açılıb.

Qərar dövlət televiziyasında hərbçilər tərəfindən elan edilib.

Belə ki, Niger Əlcəzair, Burkina-Faso, Liviya, Çad və Mali ilə sərhədləri açıb.

Xatırladaq ki, Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilər iyulun 26-da sərhədlərin bağlandığını bəyan ediblər.(oxu.az)

Poliqon.info