Azərbaycanda dəhşətli qəza: Ölənlər və yaralananlar var

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.

Poliqon.info report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Daha bir nəfər isə ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info