Türkiyədə 10 fabrik yanır - Yenilənib

Türkiyənin qərbində zavodlarda baş verən yanğını iki təyyarə və dörd helikopterlə söndürmək mümkün olub...

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda sənaye zonasında fabrikdə baş verən yanğın daha da güclənib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, küləyin təsiri ilə ətrafa yayılan yanğın ətrafdakı meşə məhsulları fabriklərini də bürüyüb.

Hazırda təxminən 10 fabrik yanır. İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib. Bölgədə zaman-zaman partlayışlar meydana gəlir.

Ehtiyat tədbiri olaraq yaxınlıqdakı fabriklər boşaldılıb.

***

APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bir neçə saat davam edən yanğın əvvəlcə Bursanın İnegöl rayonundakı zavodlardan birində baş verib. Qısa müddətdə alov qonşu 10 zavoda keçib. Onların arasında metal, mebel və tekstil istehsalı müəssisələri də var.

Yanğn nəticəsində ölən və yaralanan olmayıb.

Poliqon.info