Si Tsinpin ordunun döyüş qabiliyyətini artırmağa çağırıb...

Çin prezidenti Si Tsinpin Çin Xalq Ordusunun yaradılmasının 96-cı ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı ordunu döyüş hazırlığını və döyüş qabiliyyətini artırmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Agentlik qeyd edir ki, Çin bu il hərbi manevr və təlimləri gücləndirməklə öz hərbi gücünü nümayiş etdirir..

Reuters yazır ki, Pekin Rusiya ilə münasibətləri gücləndirərək üçüncü və ən müasir təyyarədaşıyan gəmisinin dəniz sınaqlarına tezliklə başlanacağına işarə edir.

Bəzi analitiklərin fikrincə, bu addımlar Çinin ABŞ və müttəfiqlərindən təhdidlər gördüyünü göstərir. Pekin siyasi siqnallar göndərmək üçün hərbi gücündən yararlanır.

Qeyd edilir ki, aprel ayından bəri Çin Yaponiya dənizindən Sakit okeanın qərbinə qədər ən azı onlarla təlim və patrul həyata keçirib. ABŞ-da həmçinin regional yerləşdirmələrini genişləndirir və çoxdankı müttəfiqləri və yeni dostları ilə əlaqələri inkişaf etdirir.

Poliqon.info