Gürcüstan ildə 1 milyar dollar və 20-30 min iş yeri itirə bilər...

Gürcüstan rusiyalı turistlərin ölkəyə girişini tamamilə qadağan etsə, iqtisadiyyat hər il 1 milyard dollar itirəcək...

Poliqon xəbər verir ki, bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının rəhbəri İrakli Kobaxidze brifinqdə bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan iqtisadiyyatının ümumi həcmi 30 milyard dollardır və hər il təxminən 1 milyard dollar itki 20-30 min iş yerinin itirilməsi demək olacaq.

İyulun 27-də göyərtəsində rusların olduğu "Astoria Grande" turist kruiz gəmisi Soçidən Gürcüstanın Batumi limanına gəlib. Şəhərdə etirazlar başlayıb. İyulun 31-nə keçən gecə polislə toqquşma nəticəsində bir neçə etirazçı saxlanılıb. Polis kurort şəhərinin limanında gücləndirilmiş rejimdə işləyir.

Artıq “Astoria Grande” laynerinin Batumi limanında dayanmamaq barədə qərar qəbul edilib.

Poliqon.info