Ermənistanın keçmiş müdafiə naziri 44 günlük müharibə ilə bağlı dindirilir

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada dindirilir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, hazırda sualları cavablandırır.

D.Tonoyan söyləyib ki, 2020-ci ildə hərbi əməliyyatların başlanma vaxtını kimsə proqnozlaşdıra bilməyib.

O bildirib ki, 44 günlük müharibədən əvvəl vəziyyət təhlükəli qiymətləndirilirdi: “Amma kimsə bilmirdi ki, müharibə nə zaman başlayacaq”.

D.Tonoyan qeyd edib ki, 2020-ci il sentyabrın 27-dək Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması üçün bütün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.

Poliqon.info