Bolqarıstan və Cənubi Koreya Ukraynaya mərmi yollayacaq...

ABŞ Bolqarıstan və Cənubi Koreya ilə Ukraynaya mərmi tədarükü ilə bağlı razılığa gəlib...

ABŞ iki ölkə ilə Ukraynaya 155 millimetrlik mərmilərin tədarükünə dair müqavilə imzalayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı adı açıqlanmayan məmurlara istinadən avqustun 1-də Financial Times qəzeti yayıb. Xəbərdə bildirilir ki, ABŞ Cənubi Koreya və Bolqarıstanla Ukrayna Silahlı Qüvvələrinə 155 mm-lik mərmilərin tədarükü ilə bağlı müqavilənin icrasını başa çatdırıb.

Qəzet yazır ki, Ağ Ev Ukrayna hərbçilərinə sursat tədarükü ilə bağlı Yaponiya ilə danışıqları davam etdirir. Qeyd edilir ki, Birləşmiş Ştatlar əvvəllər hərbi sənayenin bu seqmentinə xüsusi diqqət yetirməyib, ona görə də aylıq 90 min ədəd 155 millimetrlik sursat istehsalı yalnız 2025-ci ilə qədər reallaşdırıla bilər.

Poliqon.info