İstanbulun Şilə bölgəsində mina aşkar edildi, bütün çimərliklər bağlandı...

Qara dənizin İstanbul yaxınlığında yerləşən Şilə kurortunun bütün çimərlikləri 28 mərmi aşkar edildikdən sonra ərazidə aparılan araşdırmalar səbəbindən bağlanıb...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə Şile polisindəki mənbə məlumat verib.

Məlum olub ki, Şilədə dalğıclar ən azı 28 partlamamış hərbi sursat aşkar ediblər, onlardan 8-i sonradan məhv edilmək üçün sahilə çıxarılıb.

Mənbənin “RİA Novosti”yə verdiyi məlumata görə, hazırda şəhərdə bütün çimərliklər bağlıdır, açılış tarixi hələ müəyyən edilməyib. Onun sözlərinə görə, istehkamçılar əraziyə baxış keçirməyə davam edir, həm köhnə, həm də nisbətən yeni minalar aşkar edilib.

Eyni zamanda, polis nümayəndəsi 28-dən çox mərminin ola biləcəyini istisna etməyib.

Poliqon.info