BƏƏ rus investorların bloklanmış hesablarını açdı...

Bəzi rusiyalı investorlar BƏƏ-nin ikinci ən böyük bankı olan Emirates NBD (ENBD) ilə investisiya hesablarındakı aktivlərin bir hissəsini açmağa müvəffəq olublar...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın RBC nəşri üç hüquqşünasa istinadən məlumat yayıb.

Mənbələr nəşrə bildiriblər ki, söhbət ABŞ emitentlərinin qiymətli kağızlarından və ENBD-dəki investisiya hesablarındakı pulun bir hissəsindən gedir. Onlar qeyd ediblər ki, blokun açılmasına baxmayaraq, Avropa emitentlərinin qiymətli kağızlarına çıxış və onlar üzrə ödənişlər məhdud olaraq qalır.

“Nevskaya Consulting” hüquq firmasının təsisçisi Daria Nevskayanın sözlərinə görə, ruslar bloklanmış qiymətli kağızların bir qismini digər depozitarlara ötürməklə onlara sərbəst giriş əldə edə biliblər. "İndi bu, qiymətli kağızların kilidini açmağın yeganə yoludur", deyə Nevskaya bildirib.

“Lakin bu, yalnız Avropa valyutasında ifadə olunmayan aktivlərlə edilə bilər”, deyə hüquqşünas vurğulayıb.

ENBD-də rusların investisiya hesablarında aktivlərin bloklanması ötən ilin yazında məlum olub. Bank onları ümumi kütlədən, qiymətli kağızlarla məhdud sərbəst əməliyyatlardan və pulun çıxarılmasından ayrılmış hesablara yerləşdirirdi. Bu qərar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar qəbul edilib ki, bu da rusiyalı müştərilərə maliyyə xidmətlərinin göstərilməsi və onlara avro ilə qiymətli kağızların satışının qadağan edilməsini nəzərdə tutur.

Poliqon.info