Polşa generalı: Ukrayna ordusu əks-hücum deyil, məhdud manevrlər edir...

Hazırda Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri məhduddur və tam əks-hücumdan söhbət gedə bilməz...

Poliqon xəbər verir ki, bunu general Roman Polko Polşanın PAP Agentliyinə bildirib. General qeyd edib ki, hazırkı vəziyyət zəif hazırlıq, yaxud aviasiya və artilleriya çatışmazlığı ilə bağlı ola bilər.

“Ukrayna bir çox səbəblərə görə - bəlkə də bu zəif hazırlıq, ya da aviasiya və ya artilleriya çatışmazlığı ilə əlaqəlidir - öz fəaliyyətini Baxmut bölgəsində və ya cənubda kiçik taktiki manevrlərlə məhdudlaşdırır”, deyə Polko bildirib.

Generalın sözlərinə görə, hazırda Ukrayna baş verənlər üçün “əks-hücum” şişirdilmiş ifadədəir:

“Əks-hücum, tərifinə görə, böyük qüvvələrlə geniş cəbhədə hərəkət, təşəbbüsün ələı alındığını açıq şəkildə göstərən əməliyyatların aparılmasıdır. Hazırda Ukrayna müharibəsində belə bir vəziyyət yoxdur”, deyə general vurğulayıb.

Poliqon.info