San-Fransiskodakı Twitter qərargahının damından sosial şəbəkənin yeni loqosu sökülüb...

San-Fransiskoda sosial şəbəkənin yeni loqosu Twitter-in baş ofisinin damından sökülüb...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzetin məlumatında bildirilir. Qəzetin yazdığına görə, yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra Twitter qərargahının damından sosial şəbəkənin yeni loqosu sökülüb. Bu bazar ettəsi baş verib.

Nəşrin yazdığına görə, nəhəng loqo parlaq işıq yaydığına görə sakinlərə narahatçılıq yaradıb. Bununla bağlı 24 nəfər şikayət edib. San-Fransisko Tikintiyə Nəzarət Departamenti əməkdaşları iki dəfə şirkətin ofisinin damına girməyə cəhd ediblər. Lakin Twitter nümayəndələri strukturun müvəqqəti olduğunu izah edərək onları içəri buraxmayıblar.

Qəzet yazır ki, Departament binanın sahibinin strukturun qurulması və sökülməsinə görə cərimələnəcəyini və şəhərin araşdırma xərclərini də ödəməli olacağını onlara izah edib.

WP qeyd edir ki, San-Fransisko meriyası daha əvvəldə lövhənin quraşdırılması ilə bağlı prosedurlara başladıb. Çünki, bu cür işlərə yerli hakimiyyət orqanlarından icazə tələb olunur.

Xatırladaq ki, ötən həftə Twitter sosial şəbəkəsi loqonu yenilənib. Mavi quşun silueti ağ-qara X hərfinə dəyişdirilib.

Poliqon.info