Çində partiya və orduda korrupsiyaya qarşı mübarizə başladılıb...

Si Tsnpin partiya nizam-intizamını gücləndirmək və orduda korrupsiyanın kökünü kəsmək üçün yeni kampaniyaya başlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Financial Times qəzeti məlumat yayıb. Nəşr yazır ki, kampaniya Çin ordusnun Raket Qüvvələrinin bir neçə yüksək rütbəli zabitinin ictimai sahədən yoxa çıxması fonunda baş verir.

“Hazırda 10-a yaxın indiki və keçmiş generalın taleyi məlum deyil. Ola bilsin ki, onlar korrupsiya və ya orduda nizam-intizamın olmaması səbəbindən kənarlaşdırılıblar”, deyə FT yazır.

Nəşr yazır ki, Si dövründə antikorrupsiya kampaniyasının iki məqsədi var: siyasi rəqibləri aradan qaldırmaq və endemik rüşvətxorluğu cəzalandırmaq.

“Sinin orduya daha çox diqqət yetirməsinin konkret bir hadisə və ya siyasi sədaqətlə bağlı daha ciddi narahatlıqlarla bağlı olduğu hələ aydın deyil”, deyə nəşr qeyd edir.

İki xarici rəsmi FT-yə bildirib ki, Raket Qüvvələrinin generalları hərbi məlumatların sızması üçün yoxlanılır. Söhbət dövlət sirlərinin açılmasından gedir. Ekspertlər hesab edirlər ki, Si hakimiyyəti dövründə orduya nəzarəti gücləndirib, lakin bu proses hələ tamamlanmayıb. Hazırda Çin rəhbəri bir sıra islahatlar vasitəsilə silahlı qüvvələrə nəzarəti öz əlində cəmləşdirə bilib.

Lakin bəzi ekspertlərin fikrincə, son araşdırmalar bu dəyişikliklərin uğursuzluğuna işarə edir. İndi Si ordudakı neqativ vəziyyəti aradan qaldırmalıdır.

Poliqon.info