Ursula fon der Leyen Çini hədəfə aldı: Pekin hələ də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyib...

Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi BMT Nizamnaməsinə uyğun olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək məsuliyyətini hələ tam öz üzərinə götürməyib...

Poliqon xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Filippin Biznes Forumunda çıxışı zamanı bildirib.

“İcazə verin, təhlükəsizlikdən başlayım. Filippin BMT, ASEAN və ÜTT-nin qurucu üzvü kimi qaydalara əsaslanan dünya nizamının qurulmasına kömək edir. Və keçən il Rusiya öz tanklarını Ukraynaya yeridəndə siz dünya nizamının müdafiəsinə qalxdınız. Həm Avropa İttifaqı, həm də Filippin, 140-dan çox ölkə ilə birlikdə Rusiyanın BMT-nin suveren, müstəqil üzvünə qarşı təcavüzkar müharibəsini birmənalı şəkildə pisləyib”, deyə fon der Leyen çıxışında bildirib.

Avropa Komissarı əmin edib ki, avropalılar zəruri olduğu müddətdə Ukraynanı dəstəkləməyə və BMT Nizamnaməsini müdafiə etməyə davam edəcəklər:

“Lakin BMT Təhlükəsizlik Şurasının digər daimi üzvü Çin hələ də BMT Nizamnaməsinə uyğun olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək məsuliyyətini tam üzərinə götürməyib. Bu, Çinin sizin regionda daha iddialı mövqeyi fonunda baş verir”, deyə Avropa Birliyi rəsmisi vurğulayıb.

Ursula fon der Leyen qeyd edib ki, Avropa daim Çini öz eksklüziv iqtisadi zonaları daxilində dövlətlərin suveren hüquqlarına hörmət etməyə çağırır:

“Çinin Cənub və Şərqi Çin dənizlərində və Tayvan boğazında hərbi güc nümayiş etdirməsi birbaşa Filippinə və bölgədəki digər tərəfdaşlarımıza təsir edir”, deiə Ali Komissar bildirib.

Poliqon.info