Litva prezidenti Belarusdakı “Vaqner”çilər haqqında: Təhdid ciddidir...

Litva prezidenti Gitanas Nauseda “Vaqner” qrupunun Belarusda olmasını ciddi təhlükə hesab edir...

Poliqon xəbər verir ki, Litva prezidenti bu barədə LRT milli telekanalına bildirib.

““Vaqner”in Belarusda yerləşdiriləcəyi barədə ilk xəbərlər ortaya çıxdıqdan sonra dərhal dedim ki, bizə qarşı təhlükəni istisna edə bilmərik”, deyə Nauseda bildirib.

Prezidentin sözlərinə görə, Litva, Polşa və Latviyaya qarşı təxribatlar mümkündür:

“Əsas ssenarilərin indi “Vaqner” qrupunun Afrikaya və ya digər regionlara göndərilməsi adlandırılsa da, bizə qarşı olan təhlükəni də nəzərə almaq lazımdır. “Vaqner”in Litva, Polşa və Latviya sərhədlərinin yaxınlığında təxribatlar üçün istifadə etmək ehtimalı var. Buna görə də təhlükə ciddidir”, deyə Litva prezidenti bildirib.

Nausedabildirib ki, “Vaqner” üsyanından sonra Litva sərhəddə əlavə təhlükəsizlik tədbirləri görüb

“Oona görə də hazırda vəziyyət nəzarət altındadır, kəşfiyyat isə öz fəaliyyətini intensivləşir”, deyə Litva prezidenti vurğulayıb.

“Həmçinin, lazım olduqda Litva ordusunun sərhədçilərin köməyinə gəlməsi üçün heç bir maneə yoxdur. Bu, mütləq həyata keçiriləcək”, deyə Nauseda bildirib.

Poliqon.info