Türkiyənin təhvil verdiyi Azov komandirləri döyüş bölgəsinə qayıdır

Türkiyədən Ukraynaya qayıdan Azov batalyonunun komandirləri müharibə bölgəsində döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlaşırlar...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko bildirib.

“Ukrayinska Pravda”nın jurnalisti Aleksandr Pivnenkodan əvvəllər Rusiya əsirliyində olan Azov komandirlərinin döyüş bölgəsinə qayıtmasına qadağa olub-olmadığını soruşub. “Mənim üçün kiminsə döyüşdüyünü söyləməsinə heç bir qadağa yoxdur, belə bir şey ola bilməz. Onlar da hamı kimi tapşırıqlara hazırlaşırlar və onıarı yerinə yetirəcəklər”.

Azov komandirlərinin nə vaxt döyüş bölgəsinə göndərilə biləcəyi ilə bağlı suala Milli Qvardiya rəhbəri belə cavab verib: “Cəbhədə yaranan vəziyyətdən asılı olacaq. Ola bilsin ki, bir ay ərzində."

İyulun 8-də Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədən beş Azov komandirinin geri qaytarıldığını elan edib. Onlar 2022-ci ilin sentyabrında Rusiya ilə hərbi əsir mübadiləsi çərçivəsində Türkiyəyə göndərilib. Sonra Rusiya 55 əsgərini geri qaytarıb və Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk da onlara verilib. Ukrayna Azov batalyonunun komandirləri də daxil olmaqla 215 nəfərin geri qayıtdığını bildirib.

Zelenskinin dediyi kimi, mübadilə şərtlərinə görə onlardan beşi hərbi əməliyyatlar bitənə qədər Türkiyədə qalmalı idi. Komandirlərin vaxtından əvvəl Ukraynaya qayıtmasının səbəbləri məlum deyil. Eyni zamanda, Kreml Türkiyə və Ukrayna tərəflərini razılaşmanı pozmaqda ittiham edib, çünki komandirlərin geri qayıtması barədə heç kim Rusiyaya məlumat verməyib.

Poliqon.info