Azərbaycanda qara kürü istehsalı 2 dəfə artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 294 kq nərə balığının kürüsü istehsal edilib...

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2 dəfə və ya 154 kq çoxdur.

Qeyd edək ki, 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 140.8 kq nərə balığının kürüsü istehsal edilib.

Poliqon.info