Telegraf: Ukrayna əsas müttəfiqini itirə bilər...

Ukrayna gələn il ABŞ-da keçiriləcək seçkilərə görə Vaşinqtonun simasında əsas müttəfiqinin dəstəyini itirə bilər...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Telegraf nəşrinin köşə yazarı Riçard Kemp yazıb.

Onun fikrincə, hazırda Ukrayna təkcə Rusiya ordusu ilə deyil, həm də ABŞ-dakı seçki kampaniyaları ilə mübarizə aparır.

Kemp hesab edir ki, Amerika seçkiləri Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı oynayır, çünki Ağ Evin hazırkı rəhbəri Co Bayden yenidən seçilmək üçün Rusiya və Ukrayna arasındakı münaqişəyə son qoymalıdır. Məqalə müəllifinin fikrincə, Ukraynada davam edən münaqişə Baydeni səslərdən məhrum edə bilər.

Təhlilçi qeyd edib ki, bu səbəbdən Vaşinqton tezliklə Kiyev və Moskva arasında sülh danışıqlarına təkid edə bilər:

“Yəqin ki, Amerika artıq bir neçə aydır bunun üçün zəmin hazırlayır”.

Poliqon.info