“Neftçi”nin oyununa böyük maraq: Biletlərin yarısı satılıb

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” - “Jelezniçar” (Bosniya və Herseqovina) matçında maraq böyükdür.

Oxu.Az xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək görüş üçün satışa çıxarılan səkkiz min biletin artıq yarısı - dörd mini sahibini tapıb. Oyun gününə qədər bütün biletlərin satılacağı gözlənilir.

“Neftçi”nin səfər oyununun son dəqiqələrində vurduğu qolla 2:2 heç-heçə etməsi komandanın şanslarını artırıb. Bu, azarkeşlərin cavab oyunu öncəsi daha da ümidlənmələrinə səbəb olub.

Qeyd edək ki, avqustun 3-də keçiriləcək “Neftçi” - “Jelezniçar” qarşılaşması saat 21:00-da start götürəcək.

Poliqon.info