Gürcüstanın baş naziri Azərbaycandadır

Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 20-də Azərbaycana səfərə gəlib
PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.