“Aum Şinrikyo”nun lideri edam olunurkən “ağlı başında” olub?

Yapon terror təriqəti olan “Aum Şinrikyo”nun banisi və lideri Şoko Asahara (əsl adı Çizuo Matsumoto) psixiatrlar tərəfindən ağlı başında hesab edildiyi üçün 2018-ci ildə asılmışdı...

Poliqon xəbər verir ki, “Asahi” qəzetinin istinad etdiyi tibbi hesabatlar onun “ruhi xəstəlik saxtakarlığı” etdiyini göstərib.

2021-ci ildən bəri Şoko Asaharanın ailəsi onun dəli olduğunu iddia edərək, edam qərarının qanunsuz elan edilməsini tələb edir. Məhkəmə iclaslarının birində Asaharanın vəziyyəti ilə bağlı ekspert rəyləri təqdim olunub. Qohumları psixiatriya rəyi ilə bağlı sənədlərin əslinin təqdim olunmasını, hökmün qanunsuz elan edilməsini və pul təzminatının ödənilməsini tələb edirlər.

Xatırladaq ki, “Aum Şinrikyo” 1987-ci ildə yaradılıb. Bir çox ölkələrdə totalitar və dağıdıcı təriqət kimi qadağan olunub. 1995-ci ilin martında Tokio metrosunda 13 nəfərin ölümünə səbəb olan zəhərli qaz hücumundan sonra Şoko Asahara və onun 12 tərəfdaşı 2018-ci ilin iyulunda edam edilib.

Poliqon.info