2023-cü ilin birinci yarısında Tramp vəkillərinə 40 milyon ödəyib...

Keçmiş prezidentin komandası onun və digərlərinin məhkəmə xərclərini qarşılamaq üçün fond yaradacaq...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun bir sıra əməkdaşları və köməkçilərinə qarşı aparılan istintaqla bağlı məhkəmə xərclərini ödəmək üçün hüquqi müdafiə fondu yaradılacaq...

Poliqon xəbər verir ki, bu barədə iyulun 30-da The New York Times qəzüti iki anonim mənbəyə istinadən məlumat yayıb. Xəbərdə bildirilir ki, Trampın sözçüsü Steven Çunq Ədliyyə Nairliyinin “prezident Trampla əlaqəsi olan günahsız amerikalıları hədəf aldığını” və “bu iyrənc hərəkətlərlə mübarizə aparmaq”, həmçinin “günahsız insanları iflasdan qorumaq və onların həyatlarının tamamilə məhv edilməsinin qarşısını almaq” üçün yeni qanuni müdafiə fondu yaradıldığını bəyan edib.

“Bu, onların hüquqi haqlarını qorunması üçün məsrəfləri ödəməyə və onları qanunsuz təqibdən qorumağa kömək edəcək”, deyə Çunq bildirib.

Mənbələr fonda Trampın uzun müddət siyasi müşaviri olmuş Maykl Qlasnerin sədrlik edəcəyini bildiriblər. Fondun yaradılmasındaTrampın başqa bir köməkçisi Lin Patton da iştirak edəcək.

Qəzet yazır ki, Tramp belə bir strukturun yaradılmasına qarşı çıxıb. NYT qeyd edir ki, son aylarda Trampın siyasi fəaliyyət komitəsi 2023-cü ilin birinci yarısında vəkillərə 40 milyon dollardan çox pul xərcləyərək onun və bir neçə şahidin qanuni hesablarını ödəyib.

Poliqon.info